Alman vətəndaşlarına xəbərdarlıq  edilibbackend

Alman vətəndaşlarına xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, verilən sərəncam “Frankfurter Allgemeine” (FAZ) alman qəzətində dərc olunub.
“Əhaliyə bildirilib ki, ilk 10 gün üçün özlərini qida ilə təmin etsinlər, bu onların qida və digər ehtiyat təchizatını qorumaq üçün müəyyən edilib”.
Bundan əlavə , insanlar gündə adam başına iki litr həcmində beş gün üçün içməli su təchizatı ilə özlərini təmin etməlidir.

Ümumiyyətlə , ictimaiyyətin yeni konsepsiyasına əsasən dövlət yaranan problemləri özləri həll edənə kimi, əhali qida, su, enerji və pul ilə özlərini təmin etməlidir .
Həmçinin binaların etibarlı siqnalizasiya sistemi ilə gücləndirilməsi və səhiyyə sisteminin normal fəaliyyəti təmin olunmalıdır.
Almaniyada belə bir anlayış 1989-cu il soyuq müharibə başa çatdıqdan sonra ilk dəfə təqdim olunur. Bu sənəd Almaniyada “Bundesverin Ağ Kitabı” adlı nəşrdə dərc olunub. 69 səhifəlik sənəddə qeyd olunur ki, “Hələlik Almaniyaya bir hücum ehtimalı görünmür” .

Bununla yanaşı təhlükəsizlik tədbirləri gələcəkdə tamamilə istisna edilə bilməz.
Müəlliflərin fikirinə görə, bu sahədə cari tədbirlər hələ ki qeyri-kafidir.

İnterpress.az