Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Avşarov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 86 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.
Müəyyən edilib ki, xeyli vaxtdır, yataq xəstəsi olan L.Avşarov oğlunu tez-tez çağırıb saatı soruşub, yemək-su istəyirmiş. Bundan bezən 56 yaşlı İ.Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə anası onu çağırıb. İ.Avşarov əsəbi halda anasına tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib. (report)
İnterpress.az