İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Qımılqazma kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə və ona bitişik ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb.
İnterpress.az