Braziliya prezidenti istefa verməyəcəyini bəyan edibbackend

Braziliya prezidenti istefa verməyəcəyini bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dilma Rousseff jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Mən qətiyyən istefa vermək niyyətində deyiləm. İmpiçment prosesini isə dövlət çevrilişinə cəhd kimi qiymətləndirirəm. Üzərimdə qurulan qurama və məzhəkə dolu məhkəmənin yeganə məqsədi qeyri-qanuni yolla yeni dövlət başçısı seçməkdir. Hazırda prezident səlahiyyətlərini icra edən Mişel Temer tək mənə qarşı deyil, seçicilərə qarşı xəyanətkarlıq edib. O, məhz mənim hökumət proqramıma uyğun olaraq vitse-prezident kürsüsünə əyləşib”, deyə Dilma Rousseff vurğulayıb.

İnterpress.az