Avqustun 22-də Yeni Gəncə qəsəbəsində yerləşən Yeni Gəncə Özəl Tibb Mərkəzində əməliyyat zamanı şəhər sakini 1999-cu il təvəllüdlü Aygül Vuqar qızı Orucova ölüb. Burundan estetik əməliyyata alınan A.Orucova vurulan narkozdan ayılmayıb. Dərhal həkimlər tərəfindən bu halın qarşısını almaq üçün tibbi yardımlar göstərilsədə onun həyatını xilas etmək mümkün olmayıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.(report)
İnterpress.az