Mərkəzi Klinikada yeni doğulmuş körpə cərrahi əməliyyat olundubackend

Mərkəzi Klinikada yeni doğulmuş körpə cərrahi əməliyyat olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yemək borusu atreziyası+Traxeoözofagial fistula yenidoğulmuşların ən ağır patologiyalarından biri hesab olunur,yəni uşağın qida borusunun yuxarı və aşağı ucları bağlı və bir-birindən uzaq yerləşirdi,qida borusunun aşağı ucu ilə nəfəs borusu arasında əlaqə mövcud idi. Nəticədə əməliyyat olunmasa uşaq qidalana bilmədiyi və nəfəs borusu ilə qida borusu arasında əlaqə olduğu üçün ağciyər infeksiyasından tələf olacaqdı.

Mərkəzi Klinikanın uşaq cərrahı Uşaq cərrahiyyəsi və urologiyası uzmanı Dr.Fuad Hüseynov tərəfindən yarımçıqdoğulmuş ,1800 qram çəkisi olan körpə üzərində Yemək borusu atreziyası+Traxeoözofagial fistula əməliyyatı uğurla icra edildi ,yəni qida borusunun yuxarı və aşağı ucları ətraf toxumalardan sərbəstləşdirildi ,qida borusunun aşağı ucu ilə nəfəs borusu arasındakı əlaqə kəsilərək qida borusunun yuxarı və aşağı ucları bir-birinə tiklidi.

Əməliyyatdan sonra uşaq Mərkəzi Klinikanın Yenidoğulmuşların reanimasiya şöbəsinə yatızdırıldı,Neonotoloqlarımızın gərgin səyləri nəticəsində uşaq əməliyyatdan sonrakı dövrü normal keçirdi.

Əməliyyatdan 1 həftə sonra uşaq ağızdan tam normal şəkildə yedizdirilməyə başladı.Hal-hazırda körpə evlərində tam normal uşaqlar kimi həyatına davam edir…

Mərkəzi Klinikanın əməyi keçən Uşaq anesteziologiyası, Cərrahiyyəsi və reanimasiya şöbəsinin bütün tibb personalına təşəkkürlər…

İnterpress.az