Elnur Aslanov ölkədən getdi?backend

Elnur Aslanov ölkədən getdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

E.Aslanov məzuniyyətə çıxıb və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacaq.

Nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsi faktı təsdiqləyib: “Elnur Aslanov bir həftə əvvəl öz istəyi ilə məzuniyyətə çıxıb. Məzuniyyət dövrünün nə qədər davam edəcəyi və onun ölkədə olub-olmadığını bilmirik. Ola bilsin ki, sentyabrda işə qayıtsın, ola bilsin ki, məzuniyyət müddəti uzansın. Bu barədə dəqiq məlumatımız yoxdur”.

Qeyd edək ki, E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatna xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib.

Bir müddət əvvəl isə onun FETÖ lideri Fətullah Gülənə yazdığı məktub üzə çıxmışdı. E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

E. Aslanovun yaxınları \”Qafqazinfo\”ya zəng edərək onun övladının səhhəti ilə əlaqadar olaraq ötən həftə Türkiyəyə getdiyini və bu gecə Azərbaycana qayıdacağını bildiriblər. Sabah isə öz işinin başında olacağını qeyd ediblər.(axar.az)

İnterpress.az