Əməliyyat zamanı dünyasını dəyişən qızla bağlı cinayət işi başlanıbbackend

Əməliyyat zamanı dünyasını dəyişən qızla bağlı cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Gəncə şəhər prokurorluğunun məlumatına görə, araşdırma zamanı toplanmış materialda A. Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyənləşməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılıb.(apa)

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

İnterpress.az