Bakıda ilk dəfə tanqo gecəsi keçiriləcəkbackend

Bakıda ilk dəfə tanqo gecəsi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən verilən məlumata əsasən xəbər verir ki, YARAT FreeStyle və yeni açılmış Bakı Tanqo Məktəbinin təşkil edəcəyi gecədə Maxo Martirena və Rodriqo Fonti iştirak edəcək.

Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) yeni yaradıcılıq səyahətinə çıxıblar. Bu səyahətdə onlar müxtəlif obrazları, onların canlandırılması yollarını davamlı şəkildə araşdırır. Onlar dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olurlar.
Tanqo rəqsləri gecəsinə giriş sərbəstdir.

İnterpress.az