Rusiya: “Yaxın Şərqi bir-birinə Qərb vurub”backend

Rusiya: “Yaxın Şərqi bir-birinə Qərb vurub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Konstantin Dolqov söyləyib. Onun sözlərinə görə, Yaxın Şərq və Şimali Afrikada vəziyyət çox ağırdır:

“Konfliktlərin səviyyəsinin çox olması, insan haqlarının ciddi pozulmasına şərait yaradır. Bu, Qərbin siyasətinin nəticəsidir. Onların özlərinə sərf etməyən rejimlərin dəyişilməsinə və demokratiyalarının bu ölkələrə ixracına yönələn siyasəti hazırda bölgəni belə vəziyyətə gətirib çıxarıb. Bütün bunların çoxu etnik, dini, mədəni və hətta bəzən regional reallıqlar haqqında elementar biliklərin olmaması ilə həyata keçirilib”. (musavat)

İnterpress.az