Anadolu agentliyinin məlumatına görə Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endirib.
Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.
Hərbi əməliyyat, həmçinin yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.
İnterpress.az