Rayon icra hakimiyyətindənxəbər verilir ki, tibbi xidmətin ən son nailiyyətlərinin mənimsənilməsində, müasir tibbi avadanlıqlardan istifadə qaydalarının öyrənilməsində kursların xüsusi əhəmiyyəti vardır. Bu da əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, son illər əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür. Bu sahədə təşkil olunan rayon mərkəzi xəstəxanasının həkimlərdən ibarət səyyar briqadasının fəaliyyəti də sakinləri razı salır. Belə ki, bu briqada xüsusi qrafiklə həftədə bir dəfə rayonun qəsəbə və kəndlərinə gedir, sakinlərə səyyar xidmət göstərir. (azərtac)
İnterpress.az