Ukraynanın Xarkov şəhərində vəziyyət gərgin olaraq qalır.
Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan verilən məlumata görə, ötən gün Xarkov şəhərinə atılan raketlərdən biri konsulluq binasına yaxın əraziyə düşüb. Partlayışın zərbəsindən konsulluq binasının şüşələrinə zərər dəyib. Buna baxmayaraq, konsulluq 24 saatlıq iş rejimində fəaliyyətini davam etdirir. Konsulluq fəaliyyətini ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatı əsasında həyata keçirir.
Qeyd olunub ki, Xarkov şəhərində yaşayan həmvətənlərimizin evakuasiyası prosessi Xarkov vilayət adminstrasiyası və dəmiryolu idarəsi ilə koordinasiyalı şəkildə davam etdirilir.
Gün ərzində 500-dən artıq həmvətənimiz təhlükəsiz bölgələrə evakuasiya edilib.