İnterpress.az xəbər verir ki, Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə yayılan xəbərlər həqiqəti əks etdirmədiyini açıqlayıb.
“Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”, məlumatda qeyd olunur.
Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: “Bir daha xatırladaq ki, Ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”. (APA)
İnterpress.az