İran və Azərbaycan dəmir yolları arasında vaxt razılaşdırılmalıdır. Dəqiq vaxtı bu yaxınlarda açıqlayacağıq. Bu dəmir yolunun istifadəyə verilməsi İran –Azərbaycan arasında əlaqələrin genişləndirilməsi deməkdir. Əvvəllərdə Naxçıvan-Təbriz istiqamətində dəmir yolu xətti olub. İndi yenədə Naxçıvan – Təbriz – Məşəd istiqamətində dəmir yolu xətti bərpa olunacaq. Bu xəttin bərpası həm də turizmin inkişafı deməkdir:
“Hazırda qiymətlərin üzərində işləyirlər. Həftədə neçə dəfə gediş-gəlişin olması və biletin qiyməti ilə bağlı razılıq əldə olunub. Amma hələ ki, açıqlanması olmayıb. Qeyd edim ki, bu istiqamətə 3 vaqon xətti buraxılacaq. Gələcəkdə tələbatdan aslı olaraq vaqonların sayı artırıla bilər”,- deyə qurum sözçüsü əlavə edib.
Gülşanə Mustafayeva
İnterpress.az