Bakıda peşəkar oğru ələ keçdibackend

Bakıda peşəkar oğru ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Bakı şəhər sakini Rasim Vəliyevə məxsus mağazadan 24 ədəd mobil telefon, 2 ədəd noutbuk və yaddaş kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahin Hacıyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 31-dən noyabrın 22-dək olan müddətdə daha 3 mağazadan və 6 evdən pul, ərzaq məhsulları, tütün məmulatı, təmir-tikinti alətləri, 20 ədəd mobil telefon və aksessuarlarını oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

İnterpress.az