Bakirə qadın uşaq doğdubackend

Bakirə qadın uşaq doğdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çinin Shenzhen şəhərində 16 Noyabrda qəflətən huşunu itirən Lin Shuping adlı qadın, ciddi bir sağlamlıq problemi olduğu şübhəsilə xəstəxanaya aparılıb. Həkimlərin, doğuşun yaxınlaşdığını və doğum evinə alınacağını söyləməsi üzərinə bakirə olduğunda israr edən 24 yaşlı qadın həyatının şokunu yaşayıb. Shuping həkimlərə bir kişi dostunun olmadığını, heç bir kişi ilə yaxın əlaqə yaşamadığını deyib.

Həkimlər bunun üzərinə necə hamilə qaldığını soruşduqda, gənc qadın ən kiçik bir fikrinin olmadığını deyib. Həkimlər bu tərz hamiləliyin tibbdə gizli hamiləlik olaraq adlandırıldığını bildirib. Doğumdan əvvəl hər hansı bir həkim görməməsinə baxmayaraq Shuping, sağlam bir qız körpə dünyaya gətirib.. Gənc qadının analığı almasına baxmayaraq xoşbəxt olmadığı açıqlanıb.

Xəstəxana işçilərinə körpəni götürmək istəmədiyini deyən Lin Shuping, maddi vəziyyətinin yetərli olmadığına görə körpəyə baxa bilməyəcəyini qərarına səbəb kimi göstərib. Gənc qadın, xəstəxana xərclərini ödəyəcək vəziyyətinin olmadığını deyəndə rəsmiləri Shupingin Guangxi ştatında yaşayan ailəsi ilə əlaqə saxlayaraq müalicə xərclərinin ödəmələrini tələb edib.

İnterpress.az