7 min hərbçimiz mühasirədən belə çıxarılıb – VİDEObackend

7 min hərbçimiz mühasirədən belə çıxarılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər Media Mərkəzinin istehsal etdiyi “Qartal zirvədə” sənədli filmi bu gün nümayiş olunacaq.

İnterpress.az xəbər verir ki, Xəzər Media Mərkəzinin hazırladığı film DTX-nin II Qarabağ müharibəsində və savaşdan sonra Ermənistan xüsusi xidmət orqanlarına, erməni terrorçularına qarşı mübarizəsini əks etdirir.

Vətən müharibəsi dönəmində Vətənə xəyanət ittihamı ilə həbs edilən Aydın Zəkiyevin etirafları, erməni separatçılarının Xankəndidə fəaliyyət göstərən qanunsuz “Qarabağ Telekom” mobil-rabitə provayderinin sıradan çıxarılması və Cəbrayılda 7 min nəfər Azərbaycan hərbçisinin mühasirədən xilas edilməsi ilk dəfə bu filmdə Azərbaycan ictimaiyyətinə təqdim olunur.

Filmin çəkilişləri olayların yaşandığı hadisə yerlərində – Zəngilan, Xocavəndin Hadrut qəsəbəsi, bu rayonun Tuğ kəndi, Xocalının Fərrux dağ silsiləsi, Ağdamın Xaçınçay su anbarı, Kəlbəcərdə Dəlidağ yüksəkliyi, bu rayonun Yanşaq kəndi, Tovuzun Ağbulaq kəndi və Şuşa ərazilərində həyata keçirilib.

“Qartal zirvədə” filminin prodüseri Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov, layihə rəhbəri İnqilab Məmmədov, müəllifi Rüstəm İbadov, quruluşçu rejissoru Elgün Bayramlı, rejissoru Aslan Qarayev, ssenari müəllifi Elnurə Nağıyeva, redaktoru Azər Teymurlu, montaj rejissoru Polad Elmanoğludur.

Filmin hazırlanmasına 3 ay vaxt sərf olunub.

“Qartal zirvədə” filmi bu gün saat 22:00-da “Xəzər” efirində nümayiş olunacaq.