İŞİD-in yeni lideri o olacaq?backend

İŞİD-in yeni lideri o olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-ın sözdə xəlifəsi Əbubəkr əl Bağdadidən sonra təşkilata kimin rəhbərlik edəcəyi açıqlanmamışdı. İşidi tərəfindən edilən şərhdə təşkilatın birlikdə qalması lazım olduğu ifadə edilsə də dəqiq bir ad açıqlanmaması dünya ictimaiyyətində maraq oyandırmışdı.
Bu gün Ərəb mətbuatı Libyadan bu adı çəkməyə başladı, son dövrdə tez-tez məğlubiyyət alan İŞİD-ın Bağdadidən sonra yerinə keçəcək yeni liderin adı – Cəlaləddin əl Tunis.
Tunisli olduğu bilinən və gərçək adı Məhəmməd Bin Salem əl Ayuni 1982 -ci ildə doğulub və 90 cı illərdə Fransaya mühacirət edib. O, Fransız vətədaşlığı almağa haqq qazanıb.
2011-ci ildə Tunisdə yaşanan Ərəb Baharıyla birlikdə Tunisə gedən Əl Ayun, daha sonra Suriyaya gedərək İŞİD-ə qoşulub.

İnterpress.az