Məscidi-i Axsa da qarşıdurma: 3 ölübackend

Məscidi-i Axsa da qarşıdurma: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, polisin açıqlamasında, Məscidi-i Əqsanın Aslanlı Qapı bölgəsində İsrail polisinə atəş etdikdən sonra qaçan 3 fələstinlinin öldürüldüyü ifadə edildi. Axsa da reallaşan hadisədə ayrıca iki adamın ağır yaralandığı qeyd edildi. Əməliyyatın ardından öldürülən fələstinlilərin üzərində 2 yarı avtomatik silah və bir tapança ələ keçirildiyini diqqət çəkildi. Məscidi-i Əqsanın qapıları bağlanılarkən, Qüds Region Polis İdarəsi də dünən Məscidi-i Axsa da namaz qılınmasını qadağan etdi.

Hadisədən sonra Fələstin Dövlət Başçısı Mahmud Abbas ilə İsrail Baş naziri Binyamin Netanyahu telefon görüşməsi reallaşdırdı. Netanyahudan, bağlanılan Məscid-i Əqsanın yenidən açılmasını istəyən Abbas, Əqsanın bağlanılmasının bəzi ətraflar tərəfindən istismar edilə biləcəyi xəbərdarlığını etdi.

İnterpress.az