İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 15 iyul xain zərbə cəhdinin birinci ilində Prezident Rəcəb Tayyib Ərdoğan İngiltərənin nüfuzlu qəzetlərindən The Guardiana yazdı. Qərb liderlərə müraciət edən Ərdoğan, \”Qərb liderlərin bir seçim etməsi lazımdır: Ya terroristlərin yanında olacaqsınız ya da türk xalqının\” şərhini etdi.
Ərdoğan, \”Türk xalqı birlik olaraq demokratiyanı, azadlığı və həyat tərzini almaq istəyən silahlı təşkilata qarşı gəldi. Bunun nəticəsində 250 adam həyatını itirdi 2.193 nəfər yaraladı. Hökumətimin Fəthullah Gülən və dəstəkçilərini ədalətin qarşısına çıxarma səyləri yalnız Türkiyə üçün deyil, dünyanın hər yerində demokratiya üçün çox əhəmiyyətlidir. Təəssüf ki, Türkiyənin müttəfiqləri və xüsusilə qərbdəki dostlarımız bu hadisənin əhəmiyyətini tamamilə anlamadı. Bunun yerinə bəzi qərbli hökumətlər xalqımızın yanında olduqlarını söyləmək yerinə gözləyib böhranın necə nəticələnəcəyini görməyi seçim etdi. Bu ikili standart azadlığı üçün hər şeyini riskə atan Türk xalqını dərindən narahat etdi.
Bu gün qərbli liderlər bir seçim etmək məcburiyyətindədir. Ya terrorçularla birlikdə olacaqlar ya da türk xalqının dəstəyini yenidən qazanmaq üçün Türk xalqı ilə birlikdə olacaqlar\” – dedi.
İnterpress.az