Kalininqradda 8-ci sinif şagirdi məktəb pəncərəsindən yıxılaraq vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiyanın Kalininqrad şəhərindəki 32 nömrəli gimnaziyada faciəvi hadisə baş verib. Məktəbin 8-ci sinif şagirdi pəncərədən yıxılaraq dünyasını dəyişib.
İlkin məlumatlara görə, qız dərs zamanı icazə alaraq sinifdən çıxıb və geri qayıtmayıb. Bir müddət sonra o, məktəbin pəncərələri altında ağır xəsarətlərlə tapılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və şagird xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






