İnterpress.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
\”Zati-aliləri.
İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım. Çox məmnunam ki, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.
Zati-aliləri, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm\”.
İnterpress.az