Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edibbackend

Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təbrik mətnində deyilir:

“Cənab Prezident, əziz qardaşım.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Əlcəzair Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi və bütün sahələrdə mövcud olan ikitərəfli əlaqələrin qardaş xalqlarımızın maraqları naminə inkişaf etdirilməsi istiqamətində Sizinlə birgə işləmək əzmində olduğumuzu bir daha vurğulamaq istərdim.

Cənab Prezident, əziz qardaşım, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

İnterpress.az