Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha nümayiş etdirildibackend

Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha nümayiş etdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya senatından verilən məlumata görə, dinləmələr zamanı Yaşıllar Partiyasının üzvü olan senator Li Riannon (Lee Rhiannon) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb. Belə ki, xanım Riannon Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri xanım Konçetta Fierravanti-Velsin (Concetta Fierravanti-Wells) \”Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir\” bəyanatına istinad edərək, bunun Avstraliyanın dəstəklədiyi ATƏT-in Minsk prosesinin bütün təməl prinsiplərinə uyğunluğunu sorğu etmişdir.

Sualı cavablandıran Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Avropa və Latın Amerikası İdarəsinin rəhbəri xanım Kətrin Reyper (Catherine Raper) Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin, habelə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmamasının Avstraliya Hökumətinin uzunmüddətli siyasəti olduğunu bir daha təsdiq edib. Həmçinin, o, bildirib ki, rəsmi Kanberra ATƏT-in Misnk Qrupunun fəaliyyətini dəstəkləyir.

Onu da qeyd etmək lazımdır ki, məsələ ilə bağlı Avstraliya Senatında verilən açıqlama Avstraliya Erməni Milli Komitəsinin ciddi narazılığına səbəb olub.

İnterpress.az