Şuranın dəstəyilə “Ətraf mühiti qoruyaq” layihəsi start götürdübackend

Şuranın dəstəyilə “Ətraf mühiti qoruyaq” layihəsi start götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihə yeniyetmə və gənclər arasında maarifləndirici tədbirlər və iməciliklər təşkil etmək vasitəsilə onlarda ekoloji mədəniyyətin formalaşdırlıması məqsədini daşıyır. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ətraf mühitin qorunması və bərpasında da o qədər mühüm əhəmiyyət kəsb edir. Planetimizdə ekoloji problemlərin yarandığı bir dövrdə hər bir kəs təbiətin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Doğma vətənimiz olan Azərbaycanın təbiətinin, havasının, suyunun bizə və gələcək övladlarımıza nə dərəcədə həyati vacib olduğunu bir daha dərindən dərk etməli və bu işə hər birimiz qoşulmalıyıq. Bu baxımdan yetişməkdə olan gənc nəslin ekoloji təfəkkürünün formalaşması zəruridir.

Aidiyyəti qurumların, o cümlədən dövlət orqanlarının məsul əməkdaşlarının, digər QHT və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirlər çərçivəsində gənclərin ətraf mühitin qorunması ilə bağlı probemlərə dair məlumatlılığı artacaq, onlarda ekoloji etika və mədəniyyətin formalaşmasına təkan veriləcəkdir ki, bu da nəticədə ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, ekoloji tarazlığın və əhalinin sağlamlığının qorunmasına gətirib çıxaracaq.

Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

İnterpress.az