TQDK sədri: “Sualların asan və çətin olmasını demək düz deyil”backend

TQDK sədri: “Sualların asan və çətin olmasını demək düz deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Tələbə Qəbulu üzrə Komissiyanın (TQDK) sədri Məleykə Abbaszadə bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərinin sayının çoxluğunun sualların asan olması ilə əlaqələndirildiyi barədə suala cavab verərkən deyib.

Komissiya sədri bildirib ki, sentyabrın 15-dən etibarən TQDK-da Elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq: “Bu haqda bütün pedaqoji ictimaiyyətin məlumatı var. Hansı suallar imtahanda istifadə olunub, suallara neçə faiz abituriyent cavab verib, neçə faiz sualdan imtina edilib, hansı tipik səhvlər olub – bütün bunlar hamısı müzakirə olunacaq. Bundan sonra, ümumi variant bütün proqramı nə dərəcədə əhatə edir, bu məsələyə baxılır. Bu, çox mürəkkəb işdir”.

M. Abbaszadə qeyd edib ki, TQDK-da 14 Elmi-metodiki seminar keçiriləcək: “Bizim seminarların qapısı hamının üzünüzə açıqdır. Bu seminarlarda nəinki Bakıda yaşayan müəllimlər iştirak edə bilər. Bizim 8 regional şöbəmiz var. Həmin o seminarları internet vasitəsilə də izləmək olar. İndi belə müzakirənin mövzusu üçün hazırda əlimdə kifayət qədər məlumat yoxdur. Biz aprel ayında ilkin sınaq imtahanları keçirdik və model testlər məlum idi. O vaxt kimsə demədi ki, yanvarda çap edilən model testlərlə aprel ayında aparılan imtahanların arasında fərq var, bu suallar sınaq imtahanlarındakı suallardan asandır. Bu fikirlər niyə o vaxt səslənmirdi?” (apa)

İnterpress.az