DAK-ın Sibir təmsilçiliyi yarandıbackend

DAK-ın Sibir təmsilçiliyi yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, DAK həmsədri Sabir Rüstəmxanlı bu günlərdə Novosibirsk vilayətində, Altay diyarında və Dağlıq Altayda işgüzar səfərdə olub.

Səfər çərçivəsində o, Altay Muxtar Respublikasının El Qurultay rəhbəri Rusiya Federasiyasının tanınmış ictimai-siyasi xadimlərindən olan Diman Biləkov tərəfindən qarşılanaraq qəbul edilib. Sabir Rüstəmxanlı Dağlıq Altayın tanınmış şair və yazıçıları ilə görüşüb, Ust-kan və Onquday bölgələrində tarixi abidələrə və qədim kurqanlara baş çəkib, mədəniyyət işçiləri ilə görüşlər keçirib.

Əsərlərində Altay diyarının gözəlliklərini tərənnüm edən, bu yurdun sakinlərinin unudulmaz xarakterini yaradan böyük rus yazıçısı Vasili Şukşinin kəndində olan DAK həmsədri onun yaşadığı evi və Xatirə muzeyini də ziyarət edib.

Bundan əlavə Sabir Rustemxanli Novosibirskdə yaşayan və işləyən sodaşlarımızla da bir neçə görüş keçirib. Vilayətin ictimai-siyasi həyatında fəal iştirak edən, Azərbaycanlıların bu bölgədə ən fəal diaspora təşkilatlarından Rus-Azərbaycan Evinin yaradıcısı və başqanı Mais Məmmədov və onun həmkarları ilə səmərəli görüşlər keçirən DAK həmsədri səfər əsnasında Dünya Azərbaycanlıları Konqresinin Sibir təmsilçiliyinin də yaradılmasına müvəffəq olub.

DAK-ın Sibir təmsilçiliyi yarandı

DAK-ın Sibir təmsilçiliyi yarandı

İnterpress.az