Təhlükəli marketlərbackend

Təhlükəli marketlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Abşeron rayonunda

– Novxanı kəndində Seylan Novruzovaya və Həmzə Əliyevə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xəzər rayonunda

– Türkan qəsəbəsi, Dənizkənarı küçəsində Əsmayə Əliyevaya məxsus mağazada;

Nizami rayonunda

– Keşlə qəsəbəsində Maya Sadıqovaya və Mehman Zeynalova məxsus mağazalarda;

Abşeron rayonunda

– Novxanı kəndində “Smart Kompleks” MMC-yə məxsus “Smart” restoranında;

Mingəçevir şəhərində

– Şəhriyar küçəsində Rəşad Nurəddinova məxsus mağazada;

Qax rayonunda

– İlisu kəndində “Uluyurd” MMC-yə məxsus “Yaşıl Park” istirahət mərkəzində normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Qaradağ rayonunda

– Lökbatan qəsəbəsi, 28 May küçəsində Nəriman İsmayılova məxsus mağazada;

Nizami rayonunda

– Keşlə qəsəbəsi, Y.Səfərov küçəsi, 57A ünvanında Məmməd Məhərrəmova məxsus mağazada;

Xəzər rayonunda

– Qala qəsəbəsində Novruz Əndəlifova məxsus mağazada;

Abşeron rayonunda

– Novxanı qəsəbəsində İbad Paşayevə məxsus mağazada;

Tovuz rayonunda

– Aşağı Quşçu kəndində Ramil Tağıyevə və Camal Sadıqova məxsus mağazalarda;

Göygöl rayonunda

– Balçılı kəndində Anar Abbasova məxsus mağazada;

Ağdaş rayonunda

– Şəmsabad kəndində Şaiq Mehtiyevə məxsus mağazada;

Biləsuvar şəhərində

– M.İbrahimov küçəsi, 310A ünvanında Bahadur Sucayevə məxsus mağazada;
– S.Vurğun küçəsi, 55 ünvanında Yalçın Əliyevə məxsus mağazada;

Xaçmaz şəhərində

– Q.Qarayev küçəsində Raziyə Kərimovaya məxsus mağazada;

Şabran şəhərində

– H.Əliyev prospektində Elnaz Əliyevaya məxsus mağazada;

Lənkəran şəhərində

– Ə.Məmmədov küçəsində Əflatun Murtəzayevə məxsus mağazada;

Masallı rayonunda

– Təzə Alvadı kəndində Elbəyi Mustafayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

İnterpress.az