Mirmahmud Mirəlioğlu: Mən burdan onlara səslənib deyirəm ki, yaxşı etmişik.backend

Mirmahmud Mirəlioğlu: Mən burdan onlara səslənib deyirəm ki, yaxşı etmişik.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu partiyanın bu gün keçirilən qurultayında deyib.

O, hakim partiyanı qurultaya dəvət etməkdə onu ittiham edənlərə cavab verib: “Bəzi dostlarımız, qurultay nümayəndələrimiz bizdən küsüb ki, nəyə görə qurultaya Yeni Azərbaycan Partiyasını, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu dəvət etmişik? Buna görə də qurultaya gəlməyiblər. Bunu bizim üzümüzə deməyə cəsarətləri çatmayıb, söz göndəriblər. Mən burdan onlara səslənib deyirəm ki, yaxşı etmişik. Bizim məqsədimiz Azərbaycanı birləşdirməkdir, ölkənin mənafeyini qorumaqdır. Siz isə öz niyyətinizi bir daha nümayiş etdirdiniz”.

Qeyd edək ki, YAP-dan qurultaya heç kim qatılmayıb.

İnterpress.az