İnterpress.az klubun saytına istinadən məlumat verir ki, 2014/2015 mövsümündə \”Qarabağ\”ın formasını geyinmiş braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib.
30 yaşlı futbolçunun Ağdam təmsilçisi ilə müqaviləsi 2016-cı ilin yayında başa çatacaqdı.
Qeyd edək ki, 2015-2016 mövsümlərarası fasilədə 10 futbolçu transfer edən \”Qarabağ\”ın bir neçə oyunçu ilə yolları ayrılıb.
İnterpress.az