İnterpress.az xəbər verir ki, Plimut şəhərində yaşayan Aleks Neş adlı uşaq 2014-cü ilin dekabrında dağ xizək kurortunda sinif yoldaşının ad günü mərasiminə getməyə hazırlaşıb. Son anda uşağın valideynləri həmin gün baba və nənələrini ziyarət etməyə getməli olduqlarından uşağı ad gününə göndərməyiblər.
Bir neçə həftə sonra məktəbdə Aleksə ad günü olan uşağın anası Culi Lourensin imza etdiyi 14,95 funt, yaxud 24 dollarlıq hesab verilib. Hesabda qeyd olunub ki, bu məbləğ Aleksin ailəsi tərəfindən ödənilməlidir.
Aleksin atası Derek Neş oğlunun mərasimə gedə bilməyəcəyi ilə bağlı Lourens ailəsini xəbərdar etmək istədiyini, ancaq ikincinin telefona cavab vermədiyini bildirib. Hesabı ödəməkdən imtina edən ailə məhkəməyə verilib.
İnterpress.az