Mətbuat Şurası Bakıda məktəbli qızın intiharı ilə bağlı konfrans keçirirbackend

Mətbuat Şurası Bakıda məktəbli qızın intiharı ilə bağlı konfrans keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Bakıdakı 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub: “Bəziləri düşündü ki, bu barədə danışmaq olmaz, bəziləri isə dedi ki, işıqlandırmaq lazımdır ki, bu hadisələr yaranmasın. Bu barədə müzakirə aparacağıq”.

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib ki, bu, cəmiyyətdən gizlədiləsi hadisə deyil: “Önəmli olan niyyətdir. Mətbuat azaddır, təki verdiyi informasiyalar kriminal və qeyri-qanuni çağırışlar olmasın. İnformasiya verənləri qınamaq olmaz”.

İnterPress.az