Bu barədə İnterPress.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 53 yaşlı Çingiz Yolçuyev saxlayıb. Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri, eləcə də 790 qram narkotik vasitə qurudulan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İnterPress.az






