Elina işində Kərəm Həsənov izibackend

Elina işində Kərəm Həsənov izi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İntihar edən məktəblini sosial şəbəkələrdə yayılan görüntülərdə danışdıran xanım, Səbail rayon icra başçısının müavini Xalidə Bayramovadır. Xalidə məktəb direktoru Sevinc Abbasovanın rəfiqəsidir. Sevincin arxasında da icrabaşının müavini durur. Uşağa provakativ suallar verərək, sərf edən hissələri kəsib, görüntüləri ailəyə təqdim ediblər. Uşağa düz iki saat təcili yardım çağırılmasına imkan verməyən də Xalidə Bayramova olub.

İqtisad elmləri namizədi olan Xanım Bayramova 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Qadınlar Şurasının Şura üzvüdür. Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. «Ziyalı Qadınlar Klubu»nun təsisçisi və sədridir. Həmçinin Penitensiar xidmətin Tərbiyə müəssisəsinin nəzdində fəaliyyət göstərən Himayəçilik Şurasının sədridir.

Xalidə Bayramovanın arxasında kim durur?

Xalidə Bayramova Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun yaxınıdır. Belə ki, o Kərəm müəllimə məxsus torpaq sahəsi Xalidə xanıma məxsusdur: Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi; Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.

Direktor Sevinc Abbasovanın arxasında Xalidə ilə yanaşı kim dayanır?

Sevinc Abbasova keçmiş MTN əməkdaşı, Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin keçmiş rəhbəri, hazırda Vergilər Nazirliyinin İstintaq və təhqiqat idarəsinin rəis müavini Kənan Quliyevin yaxın qohumudur. Kənan Quliyev də keçmiş Təhsil amma indiki Vergilər Naziri Mikayıl Cabbarovla yaxın dostdur.