Azərbaycan istehsalı olan hərbi məhsullar “IDEF-2019”da nümayiş etdiriləcəkbackend

Azərbaycan istehsalı olan hərbi məhsullar “IDEF-2019”da nümayiş etdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən verilən məlumata görə, “IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayişi təşkil ediləcək.

Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Y. Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

İnterPress.az