Şri-Lankada polisin saxladığı şəxsin üstündən parlament vəsiqələri tapılıbbackend

Şri-Lankada polisin saxladığı şəxsin üstündən parlament vəsiqələri tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az “Adaderana”ya istinadən xəbər verir ki, saxlanılan şəxsdən ölkə parlamentinə aparan yolun xəritəsi, parlament binasına 6 ədəd buraxılış vəsiqəsi aşkar edilərək götürülüb.

Həmçinin şübhəlinin evində planşet, 3 mobil telefon, 13 telefon kartı, bir neçə kredit kartı da tapılıb.

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada törədilən silsilə terror hücumları nəticəsində aralarında 36 əcnəbinin də olduğu 359 nəfər həlak olub, 500-dək yaralanıb. Polisin məlumatına görə, bu hadisələrlə əlaqədar 58 nəfər şübhəli şəxs qismində saxlanılıb. Yollarda, hava limanları və başqa mühüm yerlərdə polis postları qoyulub, təhlükəsizlik tədbirləri gücləndirilib.

İnterPress.az