Yaponiya imperatoru taxt-tacdan imtina edib – YENİLƏNİBbackend

Yaponiya imperatoru taxt-tacdan imtina edib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Teletrader”ə istinadən xəbər verir ki, hökumət başçısı “əlahəzrət xüsusi qanunun müddəalarına müvafiq olaraq bu gün taxt-tacdan imtina edir” deyərək Akihitoya və imperatriça Miçikoya Yaponiya xalqı adından təşəkkürlərini çatdırıb.

Akihito səhər saatlarında müvafiq mərasimləri yerinə yetirərək İkinci Dünya müharibəsindən sonrakı ağrılı illərin ardından başlamış 30 illik Heisei dövrünün başa çatmasını ifadə edib. Akihitonun taxtdan getməsi son iki əsrdə ilk bu cür addımdır.

Eyni zamanda yeni imperator Naruhitonun çərşənbə günü taxt-taca çıxması da Reiva adlı yeni dövrün başlanmasını müjdələyəcək.

*** 29 aprel, saat 01:31

Bununla əlaqədar olaraq imperatorun Tokionun mərkəzindəki sarayında xüsusi mərasimlər keçiriləcək. İmperator özündən əvvəl hakimiyyətdə olmuş 124 imperatorun xatirəsinə həsr olunmuş məbəddə dua edəcək.

Bu mərasim imperator ailəsindən başqa hər kəsə qapalıdır. Mərasimin ikinci hissəsinə isə 300 xüsusi qonaq dəvət edilib. Hökumət adından Sindzo Abe çıxış edəcək.

TASS xəbər verir ki, imperator taxtına vəliəhd şahzadə 59 yaşlı Naruhito əyləşəcək.

Hər hökmdarın hakimiyyət dövrünə bir ad verilməsi ənənəsinin davamı olaraq Naruhitonun dövrü Reyva ( Gözəl Harmoniya) adlandırılacaq. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.

Qeyd edək ki, Yaponiyada qanun imperatorların siyasi həyatda iştirakını qadağan edir. Onlar yalnız dövlətin və xalqın simvolu olaraq bəzi mühüm mərasimlərə qatılırlar.

İnterPress.Az