KİV: Ermənistan hakimiyyəti parlamentdəki müxalif fraksiyanı parçalayırbackend

KİV: Ermənistan hakimiyyəti parlamentdəki müxalif fraksiyanı parçalayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bu barədə “Jamanak” yazı dərc edib.

Qəzetin yazdığına görə, müxalif partiyanın deputatlarına fraksiyanı tərk edib, müstəqil fəaliyyət göstərmək təklif ediləcək: “Keçmiş Prezident Serj Sarqsyanın dövründə də hakimiyyət eyni addımı atırdı. 2015-ci ilin fevralında Sarukyan hakimiyyətin təzyiqi altında siyasətdən getdiyini elan etmişdi. İndi tarix təkrarlanır”.

Qeyd edək ki, bu siyasi təşkilatın lideri milyarder Qaqik Sarukyandır. Parlamentdə “Sarukyan” adı ilə fraksiya fəaliyyət göstərir.

Ötən gün Ermənistan Vətəndaş Qərarı Partiyasının icraçı katibi Suren Saakyan sahibkar Qaqik Sarukyana qarşı cinayət işinin başlanılması üçün ölkənin Baş prokuroru Artur Davtyana müraciət edib.

İnterPress.Az