İnterPress.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.
Dövlət Komitəsinin xətti ilə 2018-ci ildə 17 qadın işlə təmin edilib.
Ümumilikdə, 2011-2018-ci illər ərzində 102 qadın sahibkarlıq fəaliyyətinə başlayıb və 50-yə yaxın qadın isə əlavə işlə təmin edilib.
Eyni zamanda, ötən il 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 20748 nəfər bəhrələnib.
İnterPress.Az