İnterPress.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bu işlər davam etməkdədir: \”Son 3-4 ildə məhkəmələrə Akademiyanın mənzillərlə əlaqəli düzgün mövqeyini isbat etmişik. Əvvəlki illərdə növbədə duranlarla bağlı hərc-mərclik var idi. 2010-2011-ci illərdə Akademiyaya aid olmayan, çalışmayan insanlar növbəyə yazılmışdı. Onlardan qurtulmaq üçün bizim səylərimiz lazım idi. Bu günə qədər də o istiqamətdə addımlayırıq\”.
O əlavə edib ki, Saray qəsəbəsində \”Science City\” tikilir: \”Orada kvadratmetri 450 manata olan mənzillərin alınması üçün 800 alim yazılıb. Onlardan 150 nəfəri artıq pulunu ödəyib. Biz ipotekanı gözləyirik. O olan kimi pul verənləri sayı 500-ü keçəcək\”.
İnterPress.Az