Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaqbackend

Azərbaycanla Braziliya arasında 11 sənəd imzalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Braziliya Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşdə deyib.

O bildirib ki, bugünədək ölkələr arasında 7 sənəd imzalanıb, 11 sənəd üzərində iş davam etdirilir: “Ötən il Azərbaycanla Braziliya arasında ticarət dövriyyəsinin həcmi 171 milyon ABŞ dollar olub. Əlbəttə ki, bu göstərici bizi qane edə bilməz. Birgə səylərimizi artıraraq, bu rəqəmi qat-qat yüksəldə bilərik. Bu baxımdan, qarşılıqlı biznes-forumların keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyətinin canlandırılması məqsədəuyğundur”.

O.Əsədov qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: “Artıq fəaliyyət göstərən iri transmilli neft və qaz kəmərləri bunun əyani sübutudur. Gələcəkdə Azərbaycan qazının böyük həcmdə Avropaya daşınması üçün yeni layihələrin həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

İnterPress.Az