Akif Əlizadə: “AMEA-nın idarəetmə və təşkilat sistemi təkmilləşdiriləcək”backend

Akif Əlizadə: “AMEA-nın idarəetmə və təşkilat sistemi təkmilləşdiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur.

A.Əlizadə qeyd edib ki, bu islahatların strateji məqsədi mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəltməkdir: “Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir”.

İnterPress.Az