Ukrayna prezidenti istintaqa çağırılıbbackend

Ukrayna prezidenti istintaqa çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.

Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər.

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bi müddət əvvəl bildirmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq.

Aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinici turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb.

İnterPress.Az