İnterPress.Az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.
İxracın gündəlik həcmi Türkiyəyə 2,78 mln. kilovatt/saat, Rusiyaya isə 2,61 mln. kilovatt/saat təşkil edir.
Gürcüstanın qonşu ölkələrə elekrik enerjisini ixrac etməsinə başlaması su elektrik stansiyalarında istehsalın artması ilə əlaqədardır.
Builki proqnoza əsasən Gürcüstandan təxminən 700 mln. kilovatt/saat elektrik enerjisinin ixracı planlaşdırılıb ki, bu da idxaldan 4 dəfə azdır.(report)
İnterPress.Az