Bunu “Report”a açıqlamasında Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.
O bildirib ki, atasının səhhəti yaxşı olmadığı üçün zənglərə onun adından cavab verir: “Təbriklər üçün hamıya təşəkkür edirik. Atamın səsi çıxmır. Danışdığını başa düşmək olmadığı üçün zənglərə cavab verməyi mənə tapşırıb. Xəbəri bizə Rəşad Məcid verdi. Sərəncamı oxuduq, çox sevindik”.
İnterPress.Az