İnterPress.Az xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü \”Sumqayıt\”da keçirən Elvin Məmmədovla anlaşıb.
30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Daha öncə 2016/17 mövsümündə də qəsəbə təmsilçisinin şərəfini qoruyan Məmmədov indiyə qədər “Turan”, “Qarabağ”, “Bakı”, “Keşlə\” və “Qəbələ” komandalarının da formasını geyinib. Yarımmüdafiəçi həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.
İnterPress.Az