Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan İnterPress.Az-a verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.Az