Azərbaycanın dövlət başçısı Litva və Latviyanın yeni prezidentlərini təbrik edibbackend

Azərbaycanın dövlət başçısı Litva və Latviyanın yeni prezidentlərini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

\”Hörmətli cənab Nauseda,

Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik və ardıcıl inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm\”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş prezidenti Egils Levitsə də təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

\”Hörmətli cənab Levits,

Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətləri xoş ənənələrə malikdir. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram\”.

İnterPress.Az