\”interpress.az\” xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Qara Qarayev AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Macarıstanla matçdan öncə mətbuat konfransında deyib.
Yarımmüdafiəçi bildirib ki, kollektiv olaraq neqativə köklənmək istəmirlər: \”Bütün nəticələr mümkündür. İstənilən hesab üçün bəhanə gətirmək fikrimiz yoxdur. Məğlub olsaq, deməli, hansısa çatışmazlığımız var. Qalib gələcəyimiz təqdirdə də çatışmazlıqlarımızı axtaracağıq ki, daha güclü olaq\”.
interpress.az